Səudiyyə Ərəbistanı 75 mindən çox insanın Həcc qaydalarını pozduğuna görə ölkədən çıxarıldığını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin direktoru Məhəmməd əl-Bəssami çıxış edib.
O, Məkkə şəhərində keçirilən mətbuat konfransında əlavə edib ki, Səudiyyə Ərəbistanında yaşayış icazəsi olan, lakin Həcc sənədi olmayan təxminən 270 min insan Məkkəyə buraxılmayıb.
M.Bəssami, həmçinin 252 saxta Həcc təşkilatını, 1 239 qeyri-qanuni daşıyıcını və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsini aşkar etdiklərini bildirib.