Rusiya Türkiyəyə yeni səfir təyin etməyi planlaşdırır.
“Kommersant” xəbər verir ki, bu vəzifəyə xarici işlər nazirinin müavini Sergey Verşinin təyin ediləcək.
Nəşrin məlumatına görə, bu xəbəri üç mənbə təsdiqləyib. S.Verşinin 2018-ci ilin mart ayından xarici işlər nazirinin müavini vəzifəsini tuturdu. Bundan əvvəl o, Yaxın Şərq və Şimali Afrika Departamentinə rəhbərlik edib, eyni zamanda, xarici siyasət idarəsinin rəhbərinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi olub. Diplomat bu vəzifədə “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib.
Verşinin 2013-cü ildən Suriya nizamlanmasında fəal iştirak edib və beynəlxalq formatlarda təmsil olunub. O, Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə də iştirak edib. S.Verşinin 2017-ci ildən bu vəzifədə çalışan Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovu əvəz edəcək.