Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Egey dənizində, Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə yerləşib. Zəlzələnin ocağı 67,91 km dərinlikdə olub.
Muğla vilayətinin valisi İdris Akbıyık bildirib ki, hadisə nəticəsində 69 nəfər xəsarət alıb: 55 nəfər xəstəxanaya müraciət edib, 14 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
Vali əlavə edib ki, zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşaq həkimlərinə səylərinə baxmayaraq həyatını itirib.
İdris Akbıyık onu da vurğulayıb ki, hadisə nəticəsində Marmarisdə iki binada çatlar əmələ gəlib.
Zəlzələ İzmir, Antalya və digər vilayətlərdə də hiss olunub.