Tramp Ağ Evdə Almaniyanın yeni Kansleri ilə görüşdü – NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə Fridrix Merts ABŞ-ın Almaniya üçün tarixi əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Amerikalılara çox şey borcluyuq və bunu heç vaxt unutmayacağıq”. 

 

Donald Tramp isə Almaniya Kanslerinin nüfuzlu şəxsiyyət olduğunu qeyd edərək iki ölkə arasında sıx əməkdaşlığın davam edəcəyini vurğulayıb.

 

Liderlərin media nümayəndələrinə açıqlamalarında Ukraynadakı müharibə və NATO-ya üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələləri diqqət mərkəzində olub. ABŞ Prezidenti Almaniyanın NATO-ya töhfələrini artırmasından məmnunluğunu ifadə edərək, Ukraynada müharibənin qısa müddətdə başa çatmasına ümid etdiyini bildirib. Merts isə Rusiya-Ukrayna müharibəsinin başa çatmasında ABŞ Prezidentinin mövqeyinin önəmini qeyd edib.

 

Həmçinin Fridrix Merts görüşdə Donald Trampa babası Fridrix Trampın Almaniyada doğulmasına dair şəhadətnamənin bir nüsxəsini hədiyyə edib. Donald Tramp həmin sənədi Ağ Evdəki Oval Ofisin divarından asacağını bildirib.

 

Kansler ABŞ Prezidenti ilə görüşü barədə alman mediasına şərhində Donald Trampın onun dəvətini qəbul edərək Almaniyaya səfərə gəlməyə razılıq verdiyini bildirib. Fridrix Merts Vaşinqtona ilk səfəri zamanı onun üçün əsas mövzunun Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib. O, müharibənin tezliklə başa çatdırılmasının vacibliyi barədə Trampla ortaq fikirdə olduqlarını ifadə edib.

 

Səfər çərçivəsində Konqres üzvləri ilə də görüşən Kansler Rusiyaya qarşı sanksiyalar məsələsində geniş dəstəyin olduğunu vurğulayıb. Ticarət məsələsində də Donald Trampın Avropa İttifaqı ilə razılaşmaya hazır olduğunu bildirən Fridrix Merts ümumilikdə danışıqların konstruktiv keçdiyini, ABŞ demokratiyasına inamını qoruduğunu deyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.