Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayına dair “şübhəli məqamlar” iddiasına görə əlaqələri kəsilən Kamal Kılıçdaroğlu ilə Özgür Özəl arasında bu dəfə görüş gərginliyi yaşanır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özəl son bir həftə ərzində üçüncü şəxslər vasitəsilə Kılıçdaroğludan görüşlə bağlı razılıq almağa çalışsa da, CHP-nin sabiq sədri iş qrafikini və tətilini əsas gətirərək bundan imtina edib.
CHP-nin 38-ci qurultayı ilə bağlı pozuntu iddiaları Kamal Kılıçdaroğlu və komandasının yenidən partiya rəhbərliyinə qayıdacağı ehtimalını gündəmə gətirib.
Məlumata görə, iddia məhkəmədə təsdiqini tapsa, bu, ehtimal real olacaq.
Xatırladaq ki, CHP-nin 38-ci qurultayı 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Qurultayda Özgür Özəl qalib gələrək, Kamal Kılıçdaroğlunun 13 illik sədrliyinə son qoyub. Qurultaydan sonra səsvermədə pozuntu iddiası ilə cinayət işi açılıb.
Ankara Baş Prokurorluğu tərəfindən aparılan və artıq yekunlaşan istintaqda Kamal Kılıçdaroğlu zərərçəkən kimi tanınıb.