Rusiya və Ukrayna arasında əsir və cəsədlərin mübadiləsi gələn həftəyə qədər təxirə salınıb.
Bu barədə BBC Ukrayna Koordinasiya Qərargahına istinadən məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi 1200 cəsədin artıq mübadilə məntəqəsinə gətirildiyini, lakin Ukrayna tərəfindən heç kimini əraziyə gəlmədiyini açıqlayıb.
**17:37
"Rusiyanın hərbi məhbusların və həlak olanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir. Rusiya tərəfi prosesi gecikdirir, çirkin oyun oynayır".
Bu barədə "RBC-Ukrayna" nəşri hərbi əsirlərlə rəftar üzrə Ukrayna Koordinasiya Qərargahının bəyanatına istinadən məlumat verib.
"Rusiya tərəfinin bugünkü bəyanatları nə reallığa uyğun gəlir, nə məhbus mübadiləsi, nə də cəsədlərin repatriasiyası ilə bağlı ilkin razılaşmalara uyğun gəlir. Son bir həftə ərzində hər iki tərəfdən komandalar həlak olan hərbi qulluqçuların cəsədlərinin repatriasiyası və məhbusların dəyişdirilməsi istiqamətdə iş aparıblar", - deyə qərargahdan bildirilib.
Ukrayna məhbus mübadiləsinə dair İstanbul razılaşmalarına uyğun olaraq tərtib edilmiş siyahıları təqdim edib, lakin Rusiya Federasiyasının verdiyi siyahılar razılaşdırılmış yanaşmaya uyğun gəlmir. Bu səbəbdən də, Koordinasiya Qərargahının məlumatına görə, Ukrayna müvafiq şərhləri verib və Rusiya Federasiyasından növbəti addımı gözləyir.
Ukrayna və Rusiya arasında həqiqətən də cəsədlərin repatriasiyasına dair əldə edilmişdi, lakin onun tarixi razılaşdırılmamışdı. Koordinasiya Qərargahı qeyd edib ki, Rusiya razılaşdırılmış alqoritmi ardıcıl şəkildə həyata keçirmək əvəzinə, birgə proses çərçivəsində razılaşdırılmamış birtərəfli hərəkətlərə əl atıb.
"Təəssüf ki, konstruktiv dialoq əvəzinə biz yenidən manipulyasiya və həssas humanitar məsələlərdən informasiya məqsədləri üçün istifadə cəhdləri ilə üzləşirik. Biz real nəticədə - məhbuslarımızın və ölənlərin cəsədlərinin qaytarılmasında maraqlıyıq və razılaşmalar çərçivəsində bunun üçün işi davam etdirməyə hazırıq", - deyə Koordinasiya Qərargahı əlavə edib.
**16:12
Rusiya tərəfi Ukraynanın hərbi məhbusların dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üzrə humanitar aksiyanı qeyri-müəyyən müddətə təxirə saldığını bildirib.
Rusiya KİV-in xəbərinə görə, bu barədə ölkə Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
"Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də hərbi məhbusların mübadiləsini qeyri-müəyyən vaxta təxirə saldı", - Medinski deyib.
Onun sözlərinə görə, iyunun 6-da Rusiya artıq irimiqyaslı humanitar aksiyanı həyata keçirməyə başlayıb, bu aksiya çərçivəsində altı mindən çox hərbçinin cəsədinin Ukraynaya təhvil verilməsi, həmçinin yaralıların, ağır xəstələrin və digər kateqoriyadan olan əsirlərin dəyişdirilməsi planlaşdırılırdı.
Medinski vurğulayıb ki, həlak olan 1212 Ukrayna əsgərinin cəsədi soyuducu yük maşınlarında planlaşdırılan mübadilə zonasına çatdırılıb, qalanları isə "yoldadır". Rusiya tərəfi, həmçinin Ukrayna nümayəndələrinə yaralılar, ağır xəstələr və gənclər kateqoriyaları üzrə 640 hərbi məhbusdan ibarət ilk siyahını verib və yaxın vaxtlarda mübadilə proseduruna başlamağı təklif edib.
"Rusiya Federasiyası Ukraynanı Ukrayna Silahlı Qüvvələrinin altı min əsgər və zabitinin cəsədlərini götürməyə çağırır ki, ailələri onları insani şəkildə dəfn edə bilsinlər", - deyə Medinski əlavə edib.(Oxu.az)