Kaliforniya ştatının qubernatoru Gevin Nyusom ABŞ Prezidenti Donald Trampı məhkəməyə verməyə hazırlaşır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qubernatorun etirazına səbəb Trampın Los-Ancelesə Milli Qvardiyanın səfərbər olunması ilə bağlı qərarı olub.
Bu barədə MSNBC telekanalına verdiyi müsahibədə qubernator özü danışıb.
“O, Milli Qvardiyaya rəhbərliyi öz üzərinə götürdüyünü elan etdikdən bəri vəziyyəti daha da gərginləşdirir — bu, qanunsuz bir addımdır, əxlaqsız bir addımdır, konstitusiyaya zidd bir addımdır. Biz sabah bu nəzəriyyəni məhkəmə yolu ilə yoxlayacağıq”, — deyə Nyusom vurğulayıb.
Kaliforniyanın başçısı əlavə edib ki, Tramp Milli Qvardiyanın Los-Ancelesdə yerləşdirilməsi ilə bağlı qərarı ilə “məşhur kibriti alışdırıb”.
Ştat rəhbərinin sözlərinə görə, Prezidentin bu cür addımları ştatların qubernatorları ilə razılaşdırılmalıdır, lakin Tramp belə etməyib.
Daha əvvəl Nyusom ABŞ-ın müdafiə naziri Pit Heqsetdən Milli Qvardiyanın yerləşdirilməsi barədə qərarın ləğvini tələb etmişdi.