Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyunun 9-dan 11-dək Fransanın Nitsa şəhərində keçiriləcək BMT-nin Okean məsələləri üzrə Üçüncü Konfransında iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xaçaturyan konfransın rəsmi açılış mərasimində çıxış edəcək və qlobal okean siyasətinə dair Ermənistanın mövqeyini təqdim edəcək.
Səfər çərçivəsində onun ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı tədbirlər və beynəlxalq əməkdaşlıq sahəsində bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Görüşlərdə müxtəlif ölkələrin liderləri və beynəlxalq tərəfdaşlarla aktual məsələlər müzakirə olunacaq.