“Rusiya Özbəkistanın notasında yer alan məlumatları diqqətlə nəzərdən keçirir və səlahiyyətli orqanlara sorğu göndərilib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat bildirib ki, Rusiya alınan obyektiv məlumatları müəyyən olunmuş qaydada Özbəkistana göndərəcək.
M.Zaxarova iddia edib ki, Rusiya və Özbəkistanı möhkəm müttəfiqlik və hərtərəfli strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
Xatırladaq ki, Özbəkistan Xarici İşlər Nazirliyi bundan əvvəl ölkə vətəndaşlarının Rusiyada yoxlanılması ilə bağlı rəsmi Moskvaya nota vermişdi.