ABŞ mətbuatında Suriya ilə bağlı diqqətçəkən bir iddia ortaya çıxıb.
Publika.az xəbər verir ki, iddiaya görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp administrasiyasından Dəməşq və Tel-Əviv arasında vasitəçilik istəyib.
Məlumata görə, Netanyahu bu tələbi Trampın Suriya nümayəndəsi və Türkiyədəki səfiri Tom Barakın keçən həftə İsrailə səfəri zamanı edib. Qeyd olunub ki, Netanyahu Baraka sülh razılaşmasına doğru bir addım olaraq Suriya ilə yeni təhlükəsizlik sazişi müzakirə etmək istədiyini söyləyib.
Xəbərdə adı açıqlanmayan yüksək rütbəli bir İsrail rəsmisinin "Suriya ilə əlaqələrin ən qısa zamanda normallaşdırılmasını istəyirik" dediyi qeyd edilib.