Putin Trampla danışdı – 50 DƏQİQƏDƏ NƏLƏR MÜŞAKİRƏ OLUNUB?
AUDİO

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

Onun sözlərinə görə, liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

 

"Putin Trampa ötən gün İran Prezidenti və İsrailin Baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.

 

Putin ABŞ liderinə Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.

 

Putin Trampı ad günü və Amerika Bayrağı Günü münasibətilə təbrik edib.

 

Söhbət zamanı liderlər aktual məsələlərin həllinə imkan verən mövcud əlaqələrdən məmnunluqlarını ifadə ediblər", - Uşakov qeyd edib.

 

Putin Trampa bildirib ki, Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır.

 

Prezidentin köməkçisi Putin-Tramp telefon danışığının 50 dəqiqə davam etdiyini söyləyib.

 

Xatırladaq ki, bu, Tramp Ağ Evə qayıtdıqdan sonra liderlər arasında artıq 5-ci telefon danışığıdır. Onlar bundan əvvəl fevralın 12-si, martın 18-i, mayın 19-u və iyunun 4-də telefonla danışıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.