Günəşdə güclü
ALIŞMA

Günəşdə X sinifinə aid güclü alışma qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

 

“İyunun 18-də Bakı vaxtı ilə saat 01:49-da Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən X1.3 alışması qeydə alınıb. Əslində bu, son üç həftədə ilk belə güclü alışmadır”, - İnstitutdan bildirilib.

 

Xatırladaq ki, Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

 

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.