Tehran öz ərazisinə edilən hücumu cavabsız qoymayacaq və ölkənin silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın ali rəhbəri Əli Xamenei xalqa müraciətində deyib.
Xamenei qeyd edib ki, İsrail böyük bir səhvə yol verib: “Bu, onların axmaqcasına və rəzil bir hərəkətidir və bu səhvin nəticələri onların fəlakəti olacaq. Ölkə geri çəkilməyəcək və möhkəm dayanacaq".
O, həmçinin vurğulayıb ki, Tehran ABŞ-ın İrana qarşı istənilən hərbi müdaxiləsinə cavab verəcək və bu müdaxilə Vaşinqton üçün bərpaolunmaz zərərə səbəb olacaq: "İranı, onun xalqını yaxşı tanıyan və İran tarixini yaxşı bilən insanlar heç vaxt bu millətlə hədə-qorxu dilində danışmağa cəsarət etməz".
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.