Bu gün Niderlandın Haaqa şəhərində NATO-ya üzv ölkələrin liderlərinin sammiti keçiriləcək.
Senzor.az bildirir ki, Alyansda təmsil olunan 32 ölkə liderlərinin, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi sammit İki gün davam edəcək və iyunun 25-də yekunlaşacaq.
Toplantıda kollektiv təhlükəsizliyin gücləndirilməsi ilə yanaşı, digər aktual məsələlər müzakirəyə çıxarılacaq.