ABŞ Konqresi əməkdaşlarına vatsap-dan istifadəni
QADAĞAN ETDİ

ABŞ Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlara görə “Meta” şirkətinə məxsus vatsap mesencerindən istifadə etməməyi tapşırıb.

 

“Financial Times” nəşri bu barədə qanunverici orqanın daxili sənədinə istinadən məlumat yayıb.

 

Məlumata görə, iyunun 30-dan etibarən Nümayəndələr Palatasının notbuklarına və mobil cihazlarına vatsap yükləmək qadağan edilib və artıq mövcud olan bu proqramı silmək tələb olunub.

 

Qərar istifadəçi məlumatlarının qorunmasında “qeyri-şəffaflıq”, saxlanılan məlumatların şifrələnməməsi və vatsap tətbiqindən istifadə ilə bağlı potensial təhlükəsizlik riskləri səbəbindən qəbul edilib.

 

“Meta” şirkəti isə öz növbəsində vatsap mesajlarının tam olaraq şifrələndiyini və bu səbəbdən onların nə şirkət, nə də üçüncü şəxslər tərəfindən oxunmasının mümkün olmadığını bildirib. Şirkət nümayəndələrinin sözlərinə görə, vatsap mesenceri Nümayəndələr Palatası tərəfindən təsdiqlənən siyahıdakı tətbiqlərin əksəriyyətindən daha təhlükəsizdir.

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının istifadəsinə icazə verdiyi tətbiqlərin siyahısına “Microsoft Teams”, “Signal”, “iMessage”, “FaceTime” və “Wickr” daxildir.

 

Bu arada vatsap mesenceri ABŞ Senatında rəsmi istifadə üçün təsdiqlənib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.