İsraillə əlaqəsi olan üç nəfər terror məqsədləri üçün İrana qaçaqmal yolu ilə avadanlıq gətirməkdə təqsirli bilinərək, bu gün səhər Urmiya zindanında edam edilib.
Senzor.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Onlar siyasi qətllə məşğul olmaqda ittiham olunublar.
Ali Məhkəmənin çıxardığı qərardan sonra İdris Əli, Azad Şucai və Rəsul Əhməd bu gün səhər dar ağacından asılıblar.
Dosyedəki sənədlərə görə, sözügedən şəxslər “Mossad” agenti ilə əlaqə qurub, sui-qəsd məqsədilə istifadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə İrana keçiriblər.