ABŞ Prezidenti Donald Tramp İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumlarının ciddi dağıntılara səbəb olduğunu bildirib.
Senzor.az bildirir ki, Tramp bu fikirləri NATO sammiti çərçivəsində təşkilatın baş katibi Mark Rutte ilə görüşü zamanı səsləndirib.
“İsrail son günlərdə xüsusilə ciddi ziyan görüb. İranın ballistik raketləri İsraildə çoxlu sayda binaları dağıdıb. İsrail həqiqətən də böyük zərər çəkib”, – o qeyd edib.
Bununla yanaşı, Prezident İsrailin silahlı münaqişə zamanı özünü mükəmməl şəkildə apardığını bildirib və Baş nazir Benyamin Netanyahunun fəaliyyəti ilə fəxr edə biləcəyini vurğulayıb.