12 günlük müharibə zamanı İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneini "alçaldıcı ölümdən" xilas etdim.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında yazıb.
Tramp qeyd edib ki, Xameneinin yerini bilsə də, onun öldürülməsinə icazə verməyib: "Ölkəsi viran qalmışdı, üç nüvə obyekti məhv edilmişdi və mən harada gizləndiyini dəqiq bilirdim, amma İsrailin və ya dünyanın ən böyük və ən güclü ordusunun - ABŞ Silahlı Qüvvələrinin onun həyatına son qoymasına icazə vermədim. Mən onu çox dəhşətli və alçaldıcı ölümdən xilas etdim".