Polşa Prezidenti Anjey Duda Ukraynaya gözlənilməz səfər edib.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
"Polşa Prezidenti Anjey Duda Kiyevə gəlib. O, Volodimir Zelenski ilə görüş planlaşdırdığını bildirib", - məlumatda deyilir.
Xatırladaq ki, Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunda müxalifət təmsilçisi Navroçki 50,89 faiz səs toplayıb və 49,11 faiz dəstək alan hakim koalisiyanın nümayəndəsi Rafal Tşaskovsiyə qalib gəlib. Polşanın yeni prezidenti Karol Navrotskinin andiçmə mərasimi avqustun 6-na təyin edilib.
Buna görə ekspertlər A.Dudanın bu səfərini "vida səfəri" adlandırırlar.