İran ali rəhbərinin müşaviri İsrailin hücumundan necə sağ çıxmasından danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsrailin İrana zərbələri nəticəsində həlak olduğu bildirilən İranın ali rəhbərinin müşaviri Əli Şamxani sağdır.

 

Senzor.az bildirir ki, o, yerli mediaya İsrailin hücumundan necə sağ çıxdığını danışıb.

 

Şamxani müsahibəyə tənəffüs cihazı ilə gəlib: “Ətrafdakı binalar dağılanda mən yatırdım, çünki namaz vaxtı idi və təzəcə oyanmağa başlamışdım. Bütün otağım dağıldı və üç saat dağıntılar altında qaldım. Əvvəlcə bunun zəlzələ olduğunu düşündüm, ona görə də dağıntıların altında dua etdim. Qabırğalarım sınıb. 

 

Oksigenim yox idi. Kimsə gələndə ilk etdikləri şey ayaqlarımı tərpətmək və hərtərəfli yoxlamaq oldu. Mən bunu necə etdiklərini gördüm; huşum var idi. Düşündüm ki, öləcəyəm. Yaşamağa nə qədər vaxtım olduğunu və nə edə biləcəyimi düşündüm”.

 

Xatırladaq ki, iyunun 13-də İsrailin İrana qarşı başlatdığı əməliyyat çərçivəsində Əli Şamxaninin yaralanması, daha sonra isə vəfat etməsi ilə bağlı məlumat yayılmışdı. 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.