Orban: Ukraynanın Aİ-yə üzvlüyü Macarıstan iqtisadiyyatını dağıda bilər

Avropa İttifaqına (Aİ) üzv ölkələr Macarıstanın nümunəsini izləyərək Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirsəydilər, əhalinin əksəriyyəti bu addıma qarşı çıxardı.

 

Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

 

O qeyd edib ki, Brüsseldəki bürokratlar Ukraynanın Aİ-yə üzvlüyünü "mürəkkəb arqumentlərlə əsaslandıra bilsələr də", sadə vətəndaşların bu məsələyə münasibəti çox aydındır: “Əgər müharibə vəziyyətində olan Ukraynanı İttifaqa daxil etsək, müharibəni də Avropaya daxil etmiş olarıq. Biz Avropada müharibə istəmirik. Ukraynanın Aİ-yə daxil olması Macarıstan iqtisadiyyatı üçün ciddi risklər yaradır. Ukraynanın üzvlüyü iqtisadiyyatımızı dağıda bilər. Bu təhlükə çox böyükdür. Brüssel vətəndaşların rəyini nəzərə almadan qərar qəbul etməklə yanlış yol tutur”.

 

Baş nazir əlavə edib ki, Macarıstan artıq bu prosesə mane olub və Ukraynanın Aİ-yə üzvlüyünü qəbul etməyəcək.

 

Teleqraf xatırladır ki, Orban daha əvvəl ölkəsində keçirilən referendumda seçicilərin 95 faizinin Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxdığını bildirmişdi.

 

Avropa Komissiyası isə Macarıstanda keçirilmiş referendumla bağlı şərhində qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı yekun qərarı İttifaqın bütün üzv dövlətləri birgə verməlidir və bu, uzunmüddətli və çoxtərəfli hüquqi prosedura əsaslanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.