
28 noyabr 2026-cı il tarixindən etibarən Ukraynanın media orqanlarına dağıntıların nəticələrini və vacib infrastruktur obyektlərinin bərpasının vaxtını, eləcə də qoruyucu konstruksiyaların tikintisinin mərhələlərini və vəziyyətini işıqlandırmaq rəsmi olaraq qadağandır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanında belə deyilir.
Fərmanda hökumətə zərərin nəticələri, kritik infrastruktur obyektlərinin bərpa müddətləri barədə məlumatların mediada işıqlandırılmasını qadağan etmək üçün təcili tədbirlər görmək tapşırılıb.
Fərmanın icrasına nəzarət Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenkoya həvalə olunub.