Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən mlumat verilib.
Qeyd edilib ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.
Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.
**18:38
Tərtər sakini minaya düşüb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran Tərtərin Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.