İmişli şəhərində yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
“Report”un məlumatına görə, hadisə şəhərin Ə.M.Həmidov küçəsində qeydə alınıb.
Belə ki, Eyvaz Ataşovun idarə etdiyi "KamAZ" markalı yük maşını yolu keçən piyada, rayonun Otuziki kənd sakini, 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.