İstanbulda məhkəmə binasındakı silahlı hücuma görə 34 nəfər saxlanılıb - YENİLƏNİB

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananların vəziyyəti stabildir, onların müalicəsi xəstəxanada davam edir.


Bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.


O, həmçinin terror aktı ilə bağlı cinayət işinin başlandığını, hazırda iş üzrə 34 nəfərin saxlanıldığını da vurğulayıb.


Qeyd edək ki, bu gün İstanbulda məhkəmə binasında silahlı insident olub. Məhkəmə binası qarşısında polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 5 polis yaralanıb. Yaralanan polislərdən biri xəstəxanada həyatını itirib.

**16:37

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.


Ərdoğan, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

**13:45

İstanbulda məhkəmə binasında silahlı insident olub.


NTV xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.


O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.