Türkiyədə İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-49” əməliyyatı keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ölkənin 33 vilayətdə eyni vaxtda başladılan əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb.
Nazir terrorizmə qarşı mübarizəni fasiləsiz və qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.