Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub. Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.