Astarada müəllim dərs zamanı dünyasını dəyişib.
Məlumata görə, hadisə bu gün Astara rayonunun Artupa kənd orta məktəbində baş verib.
Tarix müəllimi Baloğlan İsmayıl oğlu Əliyev ilk dərs zamanı ölüb. Müəllimin dərs zamanı qəflətən halının pisləşdiyi və yüksək təzyiqdən öldüyü bildirilir.
Qeyd edək ki, Baloğlan Əliyevin 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olub. O, Artupa məktəbində müəllim, dərs hissə müdiri və məktəbin direktoru vəzifəsində çalışıb.
Astara Təhsil Sektorunun metodisti olan B.Əliyevin yanvar ayında 65 yaşı tamam olub, təqaüdə çıxmağa hazırlaşırmış.(APA)