Rusiyanın paytaxtı Moskvada “MiQ” zavodu yanır.
Bu barədə “Qlas narod” məlumat yayıb.
Bildirilib ki, yanğın binanın 2 və 3-cü mərtəbələrində başlayıb. Hadisənin səbəbi məlum deyil.
Məlumata görə, hazırda insanlar binadan təxliyə edilir. Yanğının zavodun başqa binalarına da keçməsi təhlükəsi var. Hadisə yerində bir neçə yanğınsöndürən fəaliyyət göstərir.
MiQ Aviasiya Korporasiyası Səhmdar Cəmiyyəti Rusiyanın təyyarə istehsalı şirkətidir. Onun baş ofisi Moskvadadır. Bu zavodda MiQ təyyarələrinin dizaynı, istehsalı, texniki xidməti və təmirinin bütün aspektləri həyata keçirilir.