Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib.
Bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Qeyd edilib ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib.
Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib.