Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb: "Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, uşaq və ananın təhlükəsizliyi təmin olunub: "Komitə əməkdaşları, psixoloqlar ana və uşaqla görüşüb vəziyyəti dəyərləndirəcəklər".
**
Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar, məsələ nəzarətə götürülüb: "Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".(APA)