Rusiyanın Başqırdıstan əyalətinin Sterlitaman şəhərində qatar işıqforda qırmızı işıq yanarkən yolu keçməyə çalışan təcili yardım avtomobilinə çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, təcili yardım avtomobili 67 yaşlı xəstəni xəstəxanaya apararkən yoldan çıxıb. Maşinist təcili əyləci bassa da, məsafə çox qısa olub. Qatarla toqquşma nəticəsində xəstə qadın ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daha üç nəfər – təcili yardımın sürücüsü və iki tibb işçisi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin təfərrüatı araşdırılır.