Özbəkistanın Daşkənd vilayətinin Alamlık şəhərində Mis zənginləşdirmə fabrikində tikilən talvarın uçması nəticəsində Hindistandan olan 3 fəhlə ölüb, 29 nəfər isə yaralanıb.
TASS xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.
Məlumata görə, hadisə ilə əlaqədar “Əmək mühafizəsinin qorunması qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.
Vurğulanıb ki, 29 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.