Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.
“HaberGlobal” xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.
Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.
Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb.