Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub.
Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri - 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Q.Musayev, 1993-cü il təvəllüdlü A.Qasımov və 2004-cü il təvəllüdlü E.Musalı xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.