Lerikdə minik maşını çaya aşıb
ÖLƏN VƏ YARALANANLAR VAR

Lerikdə minik avtomobili dərəyə aşıb.

 

APA-nın xəbərinə görə, hadisə bu səhər Lənkəran - Lerik yolunun 50-ci km-də  qeydə alınıb.

 

Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə - çaya aşıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, nəticədə avtomobildə olan sərnişin - İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin - Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.


İlkin məlumatda hadisəyə səbəb kimi  yolun qarlı və buzlu olması göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.