Qırğızıstanda Çexiyadan olan 4 turist qar uçqunu altında qalaraq ölüb.
TASS xəbər verir ki, bu barədə Qırğızıstanın İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakov bildirib.
Məlumata görə, hadisə İssık-Kul vilayətinin Jırqalan dərəsində baş verib.
Onun sözlərinə əsasən, Çexiyadan olan turistlər Jırqalana xizək sürmək üçün səfər edibmiş.