Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub.
"Report"un məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Hacıyev Feyzulla Hacı oğlu və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda yol qəzasına düşüblər.
Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" üzbəüz gələn "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.