Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.
Məlumata görə, rayonun Gəndob kəndi ərazisində "Hyundai - Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.
Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.