Kanadanın Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra sərnişin təyyarəsini ildırım vurub.
Gazeta.ru-nun məlumatına görə, təyyarənin salonunda 550 sərnişin olub.
“Air Canada” şirkətinə məxsus “Boeing 777-300” təyyarəsi Londona uçurmuş. Baş verənlərə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər.
Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırımötürücü sistem sayəsində faciənin qarşısı alınıb.