Ermənistandakı Avropa İttifaqı (Aİ) müşahidə missiyasının üzvləri Sünik vilayətində (Zəngəzur) avtomobil qəzasına düşüb.
“Shamshyan.com” xəbər verir ki, hadisə martın 11-də səhər saatlarında Tatev-Lsen avtomobil yolunun 13-cü km-liyində olub.
Bildirilib ki, Avropa İttifaqı missiyasının üzvləri “Nissan Pathfinder” markalı maşını hərəkətin əksi istiqamətində sürüb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.
İnformasiyaya əsasən, avtomobili idarə edən Avstriya, sərnişinlər və müşahidəçilər isə Polşa vətəndaşlarıdır.