İranda 22 gün (20 fevral - 12 mart) ərzində ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində ölənlərin və xəsarət alanların sayı açıqlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, göstərilən müddətdə 26 nəfər ölüb, xəsarət alanların sayı isə 4 360-ü keçib.
Bildirilib ki, vətəndaşlar əsasən tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar. Xəsarət alanlar arasında 150-dən çox insanın bədən üzvü amputasiya olunub.