Ağdaşda yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB, VİDEO/ FOTO

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.


Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.


Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.


**00:31


Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, üç yük maşını toqquşub.


Nəticədə Rəşad Ədalət oğlu Əliyev, 1980-ci il təvəllüdlü Yasin Sədiyar oğlu Balammədov və Yaşar Maarif oğlu Qarayev dünyalarını dəyişiblər, Teymur Yarəmməd oğlu Ağəmmədov isə ağır bədən xəsarətləri alıb.

 

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.