Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Karxana adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Rauf Ağasan oğlu Zeynalov yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyit müayinə olunması üçün ölüxanaya təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.