Rusiyanın Perm şəhərində seçki məntəqəsinin binasında partlayış törədilib.
Bu barədə “Baza” teleqram kanalında məlumat verilib.
Qeyd edilir ki, 63 yaşlı qadın məntəqəyə böyük fişəng gətirərək ayaqyolunda partladıb. İlkin məlumata görə, partlayış nəticəsində onun qolu bədənindən ayrılıb.
Hadisə ilə əladədar binadan 50 nəfər təxliyə edilib.