Bu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rusiyalı hərbçi Roman Şaternikov ölüb.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və bədəninin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.
Rusiyalı hərbçinin hansı şəraitdə yaralandığı hələlik məlum deyil.