Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda yük maşını (TIR) sərnişin avtobusuna çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qəzaya səbəb avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi olub.
Nəticədə mikroavtobusda olan 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər cəlb olunub.
Yaralılar ətraf xəstəxanalara çatdırılıblar.
Araşdırma aparılır.