Şəmkirdə keçmiş həyat yoldaşı və onun valideynlərinə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.
Faktla bağlı araşdırma davam etdirilir.
**23:21 (21.03.2024)
Şəmkirdə bir ailənin üç üzvü bıçaqlanıb.
Senzor.az bildirir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakinləri - 1972-ci il təvəllüdlü İlham Hüseynov, həyat yoldaşı, 1976-cı il təvəllüdlü Şərafət Hüseynova və qızları, 1995-ci il təvəllüdlü Nübar Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.