“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 133 nəfərdir - YENİLƏNİB
VİDEO/ FOTO


Dəqiqləşdirilmiş son məlumatlara görə, Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 133 nəfərdir.


Senzor.az bildirir ki, məlumatı rəsmi mənbələrə istinadən yerli KİV yayıb.


Xatırladaq ki, bundan əvvəl "112" teleqram kanalı öz mənbələrinə istinadən 150 nəfərin öldüyü barədə məlumat yaymışdı. 


**15:05


Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.


Yerli KİV xəbər verir ki, mənbələr “Baza” teleqram kanalına ölü sayının 143-ə çatdığını bildirib.


Ölü sayının daha da artacağı ehtimal edilir.


**13:56


Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.


Yerli KİV xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.


Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.


**12:25


Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.


Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.


Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.


**09:42


Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 82-yə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

 

Məlumata görə, onlardan 3-ü uşaqdır.

 

“Shot” teleqram kanalı isə bildirib ki, meyitlər həm də tualet, bəslənmə və avadanlıq otaqlarında tapılıb: “Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

 

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

 

Xatırladaq ki, bundan əvvəlki açıqlamalarda 147 yaralının olduğu bildirilmişdi.

 

**23:58(22.03.2024)


Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall”dakı qanlı terror aktı ilə bağlı məlumat yayıb.

 

Senzor.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, terakt nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

 

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.

 

Eyni zamanda, güc strukturlarındakı mənbədən mediaya bildirilib ki, terrorçuların gəldikləri maşın minalanıb və hazırda onun zərərsizləşdirilməsi üçün iş aparılır.

 

** 22:58


Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Crocus City Hall” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə “şturm” həyata keçirirlər.

 

Senzor.az bildirir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

 

“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, "Baza"ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

 

Xatırlada ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.

 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi hadisəni qanlı terror aktı adlandırıb.


**22:26



Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 120-dən çox yaralanan var.

 

Senzor.az bildirir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.



**21:54



Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb.

 

Senzor.az bildirir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları məlumat yayıblar.

 

"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

 

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.

 

Bu arada “Crocus City Hall” ziyarətçilərinə edilən hücumun ilk saniyələrinin görüntüləri yayılıb.

 

Həmin görüntülərdə iki maskalı şəxs  avtomat silahlarla insanlara atəş açır. Onların arxasında-girişdə yerə yıxılmış, böyük ehtimalla ölmüş insanların cəsədləri görünür.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.