Azərbaycanın Xalq artisti Röya Ayxanın Moskvada terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.
Senzor.az bildirir ki, sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.
O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı imiş: “Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.
Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında silahlı insident olub. Baş verən atışma nəticəsində 40 nəfər ölüb, 130 nəfər yaralanıb.
Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.